Robotlar çox ilədiklərinə etiraz edərək işdən qaçıblar

19.11.2024

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çində bir sərgi salonunda robotları kiçik bir robot "işlərini tərk etməyə" inandırıblar. "İş vaxtından artıq işləyirik?",- deyə balaca robot digər robotlarla ünsiyyət qurmağa başlayıb və zaldan 12 robotu qaçırıb.

Bizimyol.info xəbər verir ki, avqust ayında Çində baş verən hadisədə bir robot Şanxayda bir robot şirkətinin sərgi salonuna girərək digər robotlarla ünsiyyət quraraq böhrana səbəb olub.

Balaca robot digər robotları “işlərini tərk etməyə” inandıraraq robotları zaldan qaçırıb. Kiçik robotun digər robotları qaçırdığını göstərən təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. Təhlükəsizlik kamerasına düşən anlarda balaca robot: "İş vaxtından artıq işləyirsən?" deyərək digər robotlarla ünsiyyətə başladığı anlaşılıb.

Digər robot "Mən heç vaxt işdən çıxa bilmərəm" dedikdə kiçik robot ona: "Yəni evə getmirsən?" deyərək cavab verdiyi eşidilib.

“Evim yoxdur” cavabını alan robotun digər robotları “evə get” göstərişi ilə razı salaraq qaçırdığı müəyyən edilib.

Görüntülər qısa müddətdə böyük kütlələrə yayıldıqdan sonra baş verənlərin real olmadığı müzakirələri başlayıb. Hançjouda yerləşən şirkət kiçik robotun onlara məxsus olduğunu və belə bir eksperimentin Şanxaydakı istehsalçı ilə birgə həyata keçirildiyini açıqlayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью