Robotlar rəssamları əvəz edəcək? | Icma.az
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son dövrlərdə süni intellekt və robot texnologiyalarının sürətli inkişafı cəmiyyətin bir çox sahələrində olduğu kimi, incəsənətdə də müzakirələrə səbəb olub.
Xüsusilə robotun rəsm çəkməsini əks etdirən videolar sosial şəbəkələrdə geniş yayılıb. Bəs, insan yaradıcılığı təhlükə altındadırmı?
Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən ekspert Əmrah Mövsümzadə bildirib ki, burada əsas məsələ rəssamlığın sıradan çıxması deyil, onun formalaşma və ifadə üslubunun dəyişməsidir.
Ekspertin sözlərinə görə, texnoloji baxımdan süni intellekt və robot sistemləri böyük həcmdə məlumatları analiz edərək mövcud üslubları təqlid edə və texniki cəhətdən yüksək keyfiyyətli vizual məhsullar yarada bilirlər: "Lakin bu proses yaradıcılıq deyil, alqoritmik reproduksiyadır.
Süni intellekt hiss etmir, mövqe tutmur, şəxsi yaşantı keçirmir. O, yalnız ona ötürülən məlumatlar əsasında nəticə istehsal edir".
Ekspert vurğulayıb ki, kibertəhlükəsizlik prizmasından baxdıqda əsas risk incəsənətin yox olması deyil.
Burada daha ciddi məsələlər ön plana çıxır. Onun sözlərinə görə, bu risklərə ilk növbədə orijinallıq və müəlliflik hüquqları, vizual manipul
Tam oxu
Xəbəri oxu