Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 4 iyun, AZƏRTAC ABŞ-ın Linkoln şəhərindəki Nebraska Universitetində robotlar üçün özünü b
Biz kəsik xəsarəti, əzilmə və ya hətta ciddi zədə ala bilərik, lakin çox vaxt yalnız sarğı və ya dərman kimi minimal müdaxilə ilə bədənimiz
Əgər biz bu qabiliyyəti süni sistemlərdə təkrarlaya bilsək, bu, elektronika və texnika sahəsində inqilab olar”, – deyə Markvitska əlavə edib
Ən alt qat zədələri aşkar edən təbəqə olan silikon elastomerdə yerləşdirilmiş maye metal damcılarından ibarət yumşaq elektron dəridir.
O, orta qata olan sərt termoplastik elastomerin özünü bərpa edən komponentinə birləşdirilir.
Ən üst qat isə suyun təzyiq altında verilməsi ilə hərəkətə gələn aktivləşdirici təbəqədir.Tədqiqatçılar ehtimal edirdilər ki, metal ionlarını fiziki olaraq ayırmaq və elektrik zəncirində qırılma yaratmaq qabiliyyətinə malik elektromiqrasiya prosesi yeni yaranmış keçirici yolların “silinməsi”nin açarı ola bilər.
Strategiya uğurlu oldu və nəticədə ilkin zədə aşkarlama şəbəkəsi bərpa olundu.“Əgər biz avtomatik olaraq zədələri müəyyən edib, bərpa prosesini işə sala bilən materiallar yarada bilsək, bu, həqiqətən böyük irəliləyiş olacaq”, – deyə Markvitska yekunlaşdırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.