Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə məktəblilər arasında VEX Robotics yarışlarının Respublika turnirləri təşkil olunacaq.
“Cebheinfo.az” xəbər verir ki, yaradıcı düşüncə, problem həll etmə və komanda işini inkişaf etdirən, şagirdlərin peşə hazırlığına dəstək verən yarışlar fevral ayında keçiriləcək.
Bakı Avropa Liseyində fevralın 7-də 14–17 yaşlı məktəblilər üçün “VEX V5 Robotics Competition”, fevralın 8-də isə 10–15 yaşlı məktəblilər üçün “VEX IQ Competition” təşkil olunacaq.
Yarışda iştirak etmək istəyənlər 30 yanvar 2026-cı il tarixinədək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat prosesi STEAM Azərbaycanın rəsmi internet səhifəsi vasitəsilə həyata keçirilir: https://www.steam.edu.az/az/mentor/registration Qeyd edək ki, yarışların qalibləri ABŞ-nin Missouri ştatının St.
Louis şəhərində keçiriləcək VEX Robotics üzrə dünya çempionatında iştirak hüququ qazanacaqlar.
Nigar “Cebheinfo.az” Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.