“Rock & Roll Hall of Fame” gecəsində U2 nin sürprizi

16.11.2026

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Los-Ancelesdə keçirilən “Rock & Roll Hall of Fame” mərasimi musiqi dünyasının bir sıra məşhur adlarını eyni səhnədə bir yerə toplayıb.

Kulis.az xəbər verir ki, gecənin ən təsirli anlarından biri Fil Kollinzin mükafatı qəbul edərkən kövrəlməsi olub.

Səhhətindəki problemlər səbəbindən səhnədə çıxış edə bilməyən musiqiçi mərasimə iki əsa ilə gəlib. Onun mahnısı “In the Air Tonight” isə Sintiya Erivo tərəfindən səsləndirilib.

Gecənin gözlənilməz qonağı “U2” olub. Qrup yeni “Silencio” mahnısını ifa etdikdən sonra “Pride” kompozisiyası ilə davam edib. “Wu-Tang Clan” üzvləri də səhnəyə çıxaraq hip-hop tarixindəki yerlərini bir daha xatırladıblar. Müxtəlif nəsilləri təmsil edən sənətçilərin təltif olunduğu mərasimdə “Oasis”, “Sade”, “Iron Maiden”, “Joy Division/New Order” və Queen Latifah da fəxri siyahıya daxil edilib. Gecənin finalında isə “Run-DMC” və “Aerosmith” birlikdə “Walk This Way” ifa ediblər.

"Ögey ana"nın İsmayılı necə əsir düşdü? – Müstəqillik dövrünün 5 möhtəşəm Qarabağ filmi Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью