Roderik Miller Azərbaycana QAYIDIR

21.02.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Turan Tovuz”un müdafiəçisi Roderik Miller yaxın günlərdə Bakıya qayıdacaq.
Bizim.Media xəbər verir ki, zədə səbəbindən əməliyyat edilmiş panamalı futbolçu millinin həkimlərinin nəzarəti altında reabilitasiya dövrünü başa vurub və tezliklə bu prosesi klubda davam etdirəcək. 
Roderikin Misli Premyer Liqasının dördüncü dövrəsinin başlamasından əvvəl “Turan Tovuz”a qoşulacağı gözlənilir.
32 yaşlı müdafiəçinin Tovuz təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, Premyer Liqa klubuna 2023-cü il martın 22-də gəlmişdi.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью