Roderik Miller Azərbaycanı tərk etdi DÇ 2026 da iştirak etmək üçün!

22.05.2026

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Roderik Miller Azərbaycan ayrılıb. Klubdan aldığımız məlumata görə, futbolçu vətəninə - Panamaya yollanıb. Əlbəttə, burda hansısa qəbahət yoxdu. Ona görə ki, “bozqurd” artıq əsas hədəfin öhdəsindən gəlib – Konfrans Liqasına vəsiqə qazanıb.

Bəs, müdafiəçi ölkəsinə qayıtmağa niyə tələsib? Böyük ehtimalla, bu, Millerin Panama millisinin heyətində DÇ-2026-da çıxış etmək ehtimalıyla bağlıdı. Hər halda, o, yığmanın bu yaxınlarda açıqlanan geniş heyətində yer alıb. Mayın 26-da isə bu komandanın baş məşqçisi Tomas Kristiansen 26 nəfərdən ibarət yekun heyəti açıqlayacaq. Kəsəsi, “Turan Tovuz”un futbolçusunun DÇ-2026-da iştirakı tam realdı!
Maraq üçün xatırladaq ki, Miller 2015/16 mövsümündə KONKAKAF Qızıl Kubokunda 4 matçda, 2020/21-də KONKAKAF-da 1 oyunda forma geyib.
Onu da bildirək ki, Panala millisi D-2026-nın final mərhələsində L qrupunda çıxış edəcək, İngiltərə, Xorvatiya və Qana ilə üz-üzə gələcək.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью