Roderik Miller: “Kubokda sona qədər irəliləmək istəyirik” MÜSAHİBƏ | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumat verir. “Vaxtında qollar vurmadıq. Matça erkən qolla başlasaq da, ardını gətirə bilmədik”.
Bunu “Turan Tovuz”un müdafiəçisi Roderik Miller futbolxeber.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik: - Azərbaycan kubokunun 1/4 finalında I Liqa təmsilçisi “Şahdağ-Qusar” üzərində 2:1 hesablı qələbə qazandınız.
Görüşü necə şərh edərdiniz? - Kubok oyunu idi. Ağır qarşılaşma alındı. Açıq demək lazımdır ki, bizim üçün qarşılaşma çətin keçdi.
Ən vacib odur ki, qələbə qazandıq və mərhələ adladıq. - Oyunun çətin keçməyinin səbəbi nə idi? Arxayınçılıq ola bilər?
- Vaxtında qollar vurmadıq. Matça erkən qolla başlasaq da, ardını gətirə bilmədik. Halbuki daha inamlı çıxış etmək lazım idi.
Hesab arasındakı fərqi vaxtında artırsaydıq, bizim üçün görüş daha rahat keçərdi. - Növbəti mərhələdə “Kəpəz”lə üz-üzə gələcəksiniz.
Gəncə klubunun “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırmasını sürpriz hesab edirsiniz? - Sürpriz deməzdim.
Tam oxu
Xəbəri oxu