Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Rodri “Barselona”ya transfer olmaq üçün razılıq verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Cadena Ser” portalı məlumat yayıb.
Məlumata görə, dünya çempionu “Barselona”nın baş məşqçisi Hans-Diter Fliklə görüşüb. Fliklə görüşdən sonra Rodri “Barselona”ya keçməyə hazır olduğunu bildirib. Klub indi həm oyunçu, həm də “Mançester Siti” ilə şərtləri razılaşdırmalıdır.
“Barselona” əvvəllər bu müqavilə üçün təxminən 50 milyon avro hazırlamışdı, lakin bu məsələdə əsas şərt oyunçunun qərarı olacaq.
Digər tərəfdən, AS portalı xəbər verir ki, Rodrinin transferi “Barselona”ya təxminən 60 milyon avroya başa gələcək. Portalın məlumatına görə, 29 yaşlı futbolçunun vergiləri çıxmaq şərti ilə hər mövsümə təxminən 30 milyon avro maaşla dörd illik müqavilə imzalaması nəzərdə tutulur.
Qeyd edək ki, Rodri 2019-cu ildən “Mançester Siti”də oynayır. O, İngiltərə komandasına 70 milyon avroya “Atletiko Madrid”dən keçib. Oyunçunun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Rodri həmçinin 2026-cı il Dünya Kubokunun ən yaxşı oyunçusu seçilib. Turnirin finalında İspaniya millisi Argentinanı 1:0 hesabı ilə məğlub edib.