Rodri bu kluba keçid etməyə yaxındır

23.07.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri “Real Madrid” ilə müqavilə şərtləri barədə razılığa gəlib.

Futbolpress.az xəbər verir ki, təcrübəli futbolçu “kral klubu” ilə 2029/30 mövsümünün sonuna qədər nəzərdə tutulan müqaviləni imzalamağa yaxındır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Rodri İspaniya yığmasının heyətində Avropa (2024) və Dünya çempionatının (2026) qalibi olub. 29 yaşlı yarımmüdafiəçi həmçinin, 2024-cü ildə “Qızıl top” mükafatına layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью