Rodri dünya çempionatının rekordunu yenilədi

15.07.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rodri dünya çempionatının rekordunu yenilədi

İspaniya millisinin yarımmüdafiəçisi Rodri dünya çempionatlarında yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi Fransaya qarşı keçirilən və 2:0 hesablı qələbə ilə nəticələnən matçda 86,6% dəqiqliklə 67 ötürmə edib.Ümumilikdə, "Mançester Siti"nin oyunçusunun DÇ-2026-da etdiyi dəqiq ötürmələrin sayı 655-ə çatıb. 

Bununla da Rodri statistikanın aparılmağa başladığı 1966-cı ildən bəri dünya çempionatlarında ən çox dəqiq ötürmə edən futbolçu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью