Icma.az, Apasport saytına istinadən bildirir.
İspaniya millisinin yarımmüdafiəçisi Rodri dünya çempionu olduqdan sonra emosional açıqlama verib.
Apasport.az xəbər verir ki, DÇ-2026-nın ən yaxşı futbolçusu seçilən təcrübəli oyunçu komandasının tarixi uğurundan danışıb.
"Bu komandaya təşəkkür etmək istəyirəm. Biz dünya çempionuyuq və bunu demək inanılmaz hissdir. Bu, dünya çempionatları tarixinin ən çətin turniri idi. Tarixin ən yaxşı futbolçuları burada idi və biz bütün rekordları qırdıq.
Argentina demək olar ki, qol vəziyyəti yarada bilmədi. Bu komandanın sirri də budur. Qarşımızda kim olursa-olsun, sonadək mübarizə aparacağıq. Həyatda cəsarətli olmaq lazımdır və həyat bunun qarşılığını verir.
"Ümid edirəm ki, hekayəm gənc futbolçular üçün nümunə olacaq. Karyeranız eniş dövrünə düşsə belə, hər zaman geri qayıtmaq mümkündür."
Uşaqlar görsünlər ki, zirvəyə yüksələn, sonra ən dibə düşən bir futbolçu da mübarizəni davam etdirdiyi təqdirdə bunun bəhrəsini görür. Məsələn mən uğur hekayəsiyəm."
Kubarsi turnirin ən yaxşı gənc futbolçusu seçildi Ferran Torres finalın ən yaxşısı seçildi – Şakira ilə qeyd etdi DÇ-2026-nın ən yaxşı futbolçusu: “Qızıl top” Rodriyə verildi Ferran Torres: "Messi olanda həmişə gərginlik hiss olunur" Skaloni: "Mən bu komandanı xatırlayacam"