“Rodri mənə “Vay” deyəcəyim heç nə etməyib” Kerim Benzema İdmanXəbər

04.11.2024

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “Qızıl top” mərasiminin nəticələrini dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu Vinisiusun bu mükafatı qazanmalı olduğunu düşünür:

“Keçən il “Real” Çempionlar Liqasını qazananda Vinisius hər matçda əsas oyunçu idi. Rodriyə qarşı heç bir şeyim yoxdur, o, yaxşı oyunçudur. Amma divanda oturub futbola baxanda Rodri mənə “Vay” deyəcəyim heç nə etməyib. Vinisius isə bunu dəfələrlə edib.

Ümid edirəm ruhən güclüdür. Dünən onunla danışdım, işləməkdə qərarlıdır. Bir gün o, bu mükafatı qazanacaq. Bütün dünya sənin “Qızıl top”u qazanacağını söylədikdə və günün sonunda belə olmadığını görmək çox çətindi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью