Rodri: “Messi deyiləm”

01.09.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mançester Siti”nin futbolçusu Rodri Premyer Liqada “Brayton”a uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, yerli mətbuata danışan yarımmüdafiəçi oyununun tənqid edilməsinə belə reaksiya verib:

“Messi deyiləm. Geridən gəlib komandama qələbə qazandıracaq oyunçu deyiləm. Futbol kollektiv oyunudur. Bütün komanda yaxşı nəticə üçün çalışmalıdır.

Düzdür, hələ tam formamda deyiləm. Özümüzə baxmalıyıq, çatışmazlıqları aradan qaldırmalıyıq. Milli fasilədən sonra daha yaxşı olacaq”.

“Mançester Siti” 3 turdan sonra 3 xalla 13-cü sıradadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью