Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Mançester Siti"nin və İspaniya millisinin ulduz yarımmüdafiəçisi Rodri karyerasını "Real Madrid"də davam etdirmək niyyətindədir.
Fanat.Az insayder Ramon Alvarezə istinadən xəbər verir ki, təcrübəli futbolçu rəsmi təklif gələcəyi təqdirdə Madrid klubuna keçməyə tam hazırdır.
İspaniyalı yarımmüdafiəçi "Real Madrid"in addım atmasını gözlədiyi üçün "Mançester Siti"nin müqaviləni uzatmaq haqqındakı fərqli təkliflərini rədd edib.
Madrid təmsilçisinin bu transfer üçün tezliklə rəsmi hərəkətə keçəcəyi gözlənilir.