Rodri “Sabah”la oyunu buraxacaq Bakıya gəlməyəcək

19.11.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Barselona”nın yarımmüdafiəçisi Rodri zədə səbəbindən Bakıda “Sabah”a qarşı keçiriləcək Çempionlar Liqası matçında iştirak etməyəcək.

İdman.Biz İspaniyanın “Marca” nəşrinə istinadla xəbər verir ki, sağ budunun arxa əzələsindən zədə alan 30 yaşlı futbolçunun bərpa prosesi gözlənildiyindən daha yaxşı gedir. Buna baxmayaraq, Kataloniya təmsilçisi onun tam hazır olmadan meydana çıxmasına risk etmək istəmir.

İspaniyalı yarımmüdafiəçinin “Sabah”la qarşılaşmadan sonra komanda məşqlərinə qoşulacağı gözlənilir. Onun noyabrın 29-da “Deportivo” ilə matçda meydana çıxmaq ehtimalı var.

Qeyd edək ki, “Sabah” - “Barselona” görüşü noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью