Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilmə…
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Venesuela neft satışından əldə olunan ilk 300 milyon ABŞ dollarını ölkə iqtisadiyyatının möhkəmləndirilməsi və əhalinin gəlirlərinin qorunması üçün istifadə edəcək.APA xəbər verir ki, bu barədə Bolivar Respublikası prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges Hugo Salas kommunasına səfəri zamanı məlumat verib.
Onun sözlərinə görə, neft satışından daxil olan ümumilikdə 500 milyon dolların ilk 300 milyon dolları Venesuela iqtisadiyyatının gücləndirilməsinə, eləcə də əməkçilərin gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəldiləcək.
Rodriges bildirib ki, daxili valyuta bazarındakı dalğalanmaların mənfi təsirini aradan qaldırmaq və bazarın sabitliyini təmin etmək məqsədilə bu vəsaitlər milli banklar və Venesuela Mərkəzi Bankı vasitəsilə dövriyyəyə buraxılacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu