Icma.az bildirir, Hurriyyet portalına istinadən.
"Venesuela hökuməti xalqa xidmət edir və xarici qüvvələrin əmrlərinə məhəl qoymur".
Hurriyyet.org xəbər verir ki, bu barədə Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges "Venezolana de Televisión" telekanalına müsahibəsində bildirib.
O, ABŞ maliyyə naziri Skott Bessentin son açıqlamalarını "yersiz və təhqiramiz" adlandırıb.
Rodriges vurğulayıb ki, Venesuela beynəlxalq hüquqa və ölkənin tarixinə hörmətə uyğun şəkildə qurulduğu müddətcə ABŞ ilə münasibətlərdən qorxmur.
Bessent isə bildirib ki, ABŞ Venesuelanı idarə edəcək, neft və digər resursların satışını nəzarətdə saxlayacaq və zəruri hesab edildikdə bu ölkədə "azad və ədalətli seçki" keçirəcək.
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores həbs edilərək Nyu-Yorka aparılıblar.
ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin "narkoterrorizm" və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.