Rodrinin Çempionlar Liqasında üç ildən artıq davam edən məğlubiyyətsizlik seriyası başa çatıb

27.01.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 yanvar, AZƏRTAC

İngiltərənin “Mançester Siti” komandasının kapitanı Rodri UEFA Çempionlar Liqasında üç ildən artıq davam edən məğlubiyyətsizlik seriyasına son qoyub.

AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, ispaniyalı yarımmüdafiəçinin turnirdə 23 oyunu əhatə edən məğlub olmadan keçirdiyi oyunlar silsiləsi yanvarın 20-də Norveçin “Budyo-Qlimt” klubuna qarşı keçirilən və 1:3 hesabı ilə başa çatan qarşılaşmada qırılıb. Həmin matçda Rodri ikinci hissədə bir dəqiqə ərzində iki sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, Rodri bu seriya ərzində iki dəfə uzunmüddətli zədələr səbəbindən yaşıl meydanlardan uzaq qalıb. Onun zədələndiyi dövrlərdə “Mançester Siti” Çempionlar Liqasında altı dəfə məğlubiyyətlə üzləşib. Futbolçu bu göstərici ilə komanda yoldaşı Bernardo Silvanın turnirdə 2018-ci ilin oktyabrından 2021-ci ilin mayınadək davam edən 26 oyunluq məğlubiyyətsizlik seriyasından cəmi üç oyun geri qalıb. O, Çempionlar Liqasının tarixində fərdi məğlubiyyətsiz oyunlar siyahısında hazırda 10-cu yeri bölüşür.

2025-ci ildə Rodri daha iki diqqətçəkən seriyasını da başa vurub. O, beynəlxalq klub turnirlərində ardıcıl 27 oyunda məğlub olmayaraq tarixdə ikinci göstəriciyə imza atıb. Bu kateqoriyada rekord 31 qarşılaşma ilə Dani Karvaxala məxsusdur. Bundan başqa, yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 53 oyunluq məğlubiyyətsiz seriya ilə tarixdə ikinci pillədə qərarlaşıb. Rekord isə 56 matçla Sol Kempbellə məxsusdur.

Xatırladaq ki, Rodri 2024-cü ildə klub səviyyəsində bütün turnirlər üzrə ardıcıl 74 görüşdə uduzmayaraq dünya rekordu müəyyənləşdirib. Onun klub və milli komanda daxil olmaqla 73 qarşılaşmanı əhatə edən ümumi seriyası isə futbol tarixində üçüncü ən uzun məğlubiyyətsizlik seriyası kimi qeydə alınıb. Bu göstəricidə rekord 82 oyunla Demetrio Albertiniyə məxsusdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью