Rodrinin əvəzləyicisi tapıldı “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir

17.08.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mançester Siti” yarımmüdafiəçisi Rodrinin “Barselona”ya keçidi fonunda heyətini Ayub Buaddi ilə gücləndirməyə hazırlaşır. 

Apasport.az xəbər verir ki, İngiltərə klubu “Lill”in 18 yaşlı yarımmüdafiəçisinin transferini bu yay yekunlaşdırmaq niyyətindədir.

Daha əvvəl futbolçunun daha bir mövsüm Fransa klubunda qalması variantı nəzərdən keçirilsə də, “şəhərlilər” onu dərhal heyətə cəlb etmək istəyir. 

Mərakeş millisinin üzvü artıq “Siti” ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Hazırda klublar transferin yekun detalları üzərində danışıqlar aparırlar.

Qeyd edək ki, Buaddi 2026-cı il dünya çempionatında Mərakeş millisinin heyətində çıxış edib.

ÇL: “Fənərbaxça”nın oyunu almanlara həvalə olunub Qakpo “Liverpul”dan ayrılır? İngiltərə millisinin üzvü “İnter”də - RƏSMİ “Arsenal” - “Siti” matçı bu kanalda - TV AFİŞA Musiala oyunda huşunu itirdi - İSTİYƏ GÖRƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью