Rodrinin keçidi rəsmiləşdi

22.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Barselona” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini heyətinə cəlb edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.

“The Athletic” nəşrinin yaydığı xəbərə görə, keçidin ümumi dəyəri bonuslarla birgə 76,5 milyon avroya çatır. İspaniya klubu ilk ödəniş kimi 60 milyon avro ödəyib. 30 yaşlı futbolçu ilə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Rodri 2019-cu ildən “Mançester Siti”nin şərəfini qoruyurdu. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”lə Çempionlar Liqası və 4 Premyer Liqa çempionluğu da daxil olmaqla, ümumilikdə 13 titul qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью