Rodrinin real a keçidi baş tutmaya bilər

24.07.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Siti"nin yarımmüdafiəçisi və İspaniya millisinin kapitanı Rodri zədə səbəbindən bir neçə ay meydandan kənarda qala bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, 2024-cü il "Qızıl top" mükafatının sahibi əməliyyat tələb edə biləcək bel problemi yaşayır.

Bu səbəbdən 30 yaşlı yarımmüdafiəçinin "Real"a keçidi baş tutmaya bilər. Bir neçə gün öncə klubla futbolçu arasında şəxsi şərtlər barədə razılığa gəldiyi bildirilmişdi.

Qeyd edək ki, Rodri İspaniya millisi ilə DÇ-2026-nən qalibi olub və turnirin ən yaxşı oyunçusu kimi FİFA-nın xüsusi mükafatına layiq görülüb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью