Rodriqo Bentankur yeddi oyunluq cəzalandırılıb

18.11.2024

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Tottenhem" klubunun uruqvaylı futbolçusu Rodriqo Bentankur komanda yoldaşı Son Hın Min haqqında qeyri-etik sözlər işlətdiyi üçün yeddioyunluq cəzalandırılıb.

Sitat.info xəbər verir ki, İngiltərə Futbol Federasiyası bundan əlavə futbolçunu 120 min avro dəyərində cəzalandırıb.

Buna səbəb Bentankurun Son Hın Min haqqında danışarkən: "Bütün koreyalılar bir-birinə oxşayırlar. Sonun əmisi oğlu bizdə oynasa, xəbərimiz olmayacaq", - deməsi olub.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm "Tottenhem" forması ilə çıxdığı 15 oyunda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью