Rodriqo yanvarda “Real Madrid”dən getməyəcək

04.01.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın “Real Madrid” klubunda çıxış edən hücumçu Rodriqonun yanvar transfer pəncərəsində komandadan ayrılması gündəmdə deyil.

İdman.Biz xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano yazıb.

O, mövzu ilə bağlı yayılan iddiaları təkzib edib və futbolçunun qışda klubdan getməyəcəyini qəti şəkildə bildirib və yayda nə olacağının isə hələ məlum olmadığını vurğulayıb:

“Baş məşqçi Xabi Alonso Rodriqodan çox razıdır. Xüsusi ilə onun son iki aydakı oyun tərzindən. Onun oyundakı səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb”.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью