Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məşhur amerikalı rok-n-roll əfsanəsi Neil Sedaka 86 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçinin ailəsi məlumat yayıb.
Fevralın 27-də özünü pis hiss etdiyi üçün Los-Ancelesdə xəstəxanaya yerləşdirilən müğənni orada dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Neil Sedakanın ən məşhur hitləri arasında “Oh! Carol”, “Laughter in the Rain” və “Breaking Up Is Hard to Do” mahnıları yer alır.