Rolan Qarrosda Yannik Sinner Karlos Alkaras finalı

07.06.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rolan Qarros turnirində kişilərin mübarizəsində də finlaçıları müəyyənləşib.

İdman.biz xəbər verir ki, həlledici görüşdə Yannik Sinner və Karlos Alkaras üz-üzə gələcək.

İtaliyalı tennisçi "Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi serbiyalı həmkarını hər 3 setdə məğlub edib - 6:4, 7:5, 7:6 (7:3). Oyun 3 saat 17 dəqiqə davam edib.

Yarımfinalın digər cütündə isə Alkaras Lorentso Musettidən güclü olub. Məğlub durumda olan italiyalı raketka ustası 4-cü setdə oyunu yarımçıq dayandırıb.

Qeyd edək ki, final görüşü bazar günü keçiriləcək. Yannik Sinner son iki "Böyük Dəbilqə" - US Open-2026 və Australian Open-2025-in qalibi olub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью