Icma.az, Avtosfer saytına istinadən bildirir.
2026-cı ilin 8 ayında Rusiyada təxminən 500 lüks avtomobil satılıb ki, bu da illik əsasda 11,6 faiz çoxdur.
Avtosfer.az xəbər verir ki, ən çox satılan markalar “Rolls-Royce” (156 ədəd) və “Lamborghini” (141 ədəd) olub. Halbuki, sözügedən markaların heç biri Rusiyada təmsil edilmir.
Müqayisə üçün deyək ki, bu dövrdə Almaniyada 197 “Rolls-Royce” satılıb. Almaniyada satışlar 15 faiz azaldığı halda, Rusiyada 7 faiz artıb.
“Lamborghini” satışında artım 48 faiz olub. Maşınların demək olar hamısı Moskva və Peterburqda satılıb. Müqayisə üçün deyək ki, İtaliya markasının federasiyada satış rekordu 2021-ci ildə qeydə alınıb. Həmin il 174 maşın satılıb.
Bu statistika belə bir sual doğurur: Ukrayna müharibəsi başlayandan tətbiq edilən sanksiyalar işləmirmi?
Yeri gəlmişkən, bu günlərdə Almaniya və Avstriyada sanksiyaların tələblərini pozaraq Rusiyaya lüks avtomobil göndərən dəstənin işi ilə bağlı proses başlayıb.
Vüqar