Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyəli aktyor Bülent İnal yeni mövsümdə yayımlanacaq “Ömür Usta” serialına görə xüsusi hazırlıq keçir.
Axşam.az xəbər verir ki, aktyor həyat yoldaşı Melis İnal ilə Zekeriyaköydə yerləşən idman zalına gedərək məşqlər edir. Aktyorun aylar ərzində 12 kiloqram çəki atıb.
Pəhriz və idmana xüsusi diqqət edən Bülent İnalın roluna görə daha 8 kiloqram arıqlayacağı öyrənilib.
Qeyd edək ki, aktyor son olaraq “Kıskanmak” serialında çəkilib.