“Roma” 19 matçdan sonra məğlub oldu

13.05.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

“Atalanta” İtaliya A Seriyasının 36-cı turunda “Roma”nı 2:1 hesabı ilə məğlub edərək paytaxt komandasının turnirdə məğlubiyyətsiz keçirdiyi 19 oyunluq seriyasına son qoyub.

Metbuat.az xəbər verir ki, “Roma” “Atalanta” ilə oyundan əvvəl İtaliya çempionatındakı son 19 görüşündə 14 qələbə qazanıb və 5 dəfə heç-heçə edib. “Atalanta” 71 xal toplayaraq turnir cədvəlində üçüncü yeri tutur. “Roma” isə 63 xalla 6-cı sırada qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью