Roma 21 yaşlı futbolçuya görə Lion a 40 milyon ödəyə bilər

14.08.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Roma" "Lion"un cinah oyunçusu Malik Fofana üçün 40 milyon avro ödəyə bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumatına yayıb.

Mənbənin sözlərinə görə, "canavarlar"ın baş məşqçisi Can Pyero Qasperini oyunçunu komandasında görmək istəyir. "İnter" də Fofananı izləyir.

Qeyd edək ki, 21 yaşlı belçikalı 2024-cü ilin yanvarından "Lion"da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 16 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Zədə səbəbindən mövsümün böyük hissəsini buraxan futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью