Icma.az, Qol.az saytına istinadən bildirir.
“Roma” A Seriyasına rekordla başladı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Roma” baş məşqçi Can Pyero Qasperininin rəhbərliyi altında İtaliya A Seriyasının yeni mövsümünə inamlı başlayıb.
QOL.az xəbər verir ki, paytaxt təmsilçisi ilk iki turda böyük hesablı iki qələbə qazanıb. İlk turda evdə “Fiorentina”nı 4:0 hesabı ilə məğlub edən “Roma”, ikinci turda səfərdə “Leççe”ni də eyni hesabla üstələyib.
Bununla da “Roma” klub tarixində ilk dəfə A Seriyasının yeni mövsümünə ardıcıl iki böyükhesablı qələbə ilə başlayıb. Komandanın ən azı 4 top fərqi ilə qazandığı bu iki qələbə klub üçün yeni rekorddur.
Qeyd edək ki, “Roma” növbəti turda sentyabrın 5-də “Atalanta” ilə qarşılaşacaq.