Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
UEFA Avropa Liqasında "Roma" uğurlu seriyasını davam etdirir.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi qrup mərhələsinin növbəti turunda Almaniyanın "Ştutqart" klubunu 2:0 hesabı ilə məğlub edib. Bununla da “Roma” turnirdə ardıcıl dördüncü qələbəsini rəsmiləşdirib.
İtaliya klubu bundan əvvəl "Reyncers", "Midtjylland" və "Seltik"i məğlub etmişdi.
Maraqlıdır ki, “Roma” Avropa turnirlərində ardıcıl dörd qələbəlik seriyanı sonuncu dəfə Paulo Fonsecanın rəhbərliyi altında, 2020/21 mövsümündə yaşamışdı.
Qrup mərhələsinin son turunda “Roma”nı Yunanıstan səfəri gözləyir. İtaliya təmsilçisi həlledici oyunda "Panatinaikos" ilə qarşılaşacaq.
“Qalatasaray” niderlandlı futbolçu ilə anlaşıb: İstanbula Gedəcək En-Nesri addım-addım “Yuventus”a Polşalı oyunçu “Fənərbaxça” ilə vidalaşıb Rafa Silva rəsmən “Benfika”da Braziliyalı mövsümün sonunda “Yunayted”i tərk edəcək - RƏSMİ