Roma dan azad agent bazarında iki afrikalıya maraq

04.09.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Roma" transfer pəncərəsinin bağlanmasından sonra heyəti gücləndirmək üçün azad agentlər bazarına üz tutub. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki Paytaxt təmsilçisinin siyahısında ən diqqətçəkən namizədlər Uilfrid Zaha və Krepin Diattanı hesab olunur.

33 yaşlı Zaha daha əvvəl "Kristal Pelas" və "Qalatasaray"da çıxış edib. Fil Dişi Sahilindən olan hücumçu 2023-cü ildə də 'Roma"ya keçməyə yaxın olub. Hazırda isə "Şarlott"dan ayrıldıqdan sonra klubsuzdur.

"Roma" Zaha ilə yanaşı, ötən mövsümü "Monako"da keçirən Krepin Diattanın da vəziyyətini izləyir. Seneqallı futbolçu da hazırda azad agent statusundadır və hücum xəttinə əlavə variant kimi nəzərdən keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью