Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Roma" Paulo Dibalanın mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Argentinalı hücumçu ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir. 33 yaşlı futbolçu 2025/26 mövsümündə "canavarlar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi