Roma Dibalanı sata bilər

20.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

"Roma"nın idman direktoru Floran Qisolfi hücumçu Paulo Dibala haqda danışıb.

Axar.az verir ki, funksioner argentinalı oyunçu üçün yaxşı təklif olacağı halda, dəyərləndirəcəklərini deyib.

"Dibalanın necə vacib oyunçu olduğunu bilirik. Lakin konkret və yaxşı təklif olsa, dəyərləndirəcəyik. İndiki məqamda nəsə yoxdur", - Qisolfi bildirib.

Qeyd edək ki, Dibalanın adı "Qalatasaray"la hallanır. O, 2022-ci ildən "Roma"da çıxış edir. 31 yaşlı oyunçu 95 matçda 36 qol vurub, 19 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью