“Roma” Dibalanın qolu sayəsində səfərdə “Sassuolo”nu məğlub etdi VİDEO

26.10.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İtaliya A Seriyasının VIII turunda “Sassuolo” ilə “Roma” üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, görüş 1:0 hesabı ilə paytaxt təmsilçisinin xeyrinə başa çatıb.

Matçın yeganə qolunu 16-cı dəqiqədə Paulo Dibala vurub.

Bu qələbə sayəsində “Roma” xal sayını 18-ə çatdıraraq turnir cədvəlində lider “Napoli”yə yaxınlaşıb. “Sassuolo” isə 8 turdan sonra 10 xalla 12-ci pillədə qərarlaşıb.

Paralel oyunda “Verona” və “Kalyari” məhsuldar heç-heçə ilə kifayətlənib - 2:2.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью