Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Kastamonu şəhərində Taşköprü ərazisində yerləşən Pompeyopolis antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı Roma dövrünə aid təxminən 105 kvadratmetrlik zəmin mozaikası və II əsrin ikinci yarısına aid Eros başı aşkar edilib.
Kulis.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy qazıntı işlərinin nəticələri barədə sosial media hesabında məlumat paylaşıb.
2000 illik tarixi olan Eros başı şəhərin Roma İmperiyası dövründəki incəsənət və mədəniyyət səviyyəsini əks etdirir.