Roma dövrünə aid heykəllər ələ keçirildi

04.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Türkiyənin Afyonkarahisar şəhərində Çobanlar səmtində avtomobilindən “Lira tutan Apollon” heykəlini ələ keçirilən şəxs haqqında məhkəmə istintaqı aparılıb.

"Cebheinfo.az" xəbər verir ki, Afyonkarahisar İl Jandarma Komandanlığı qrupları, rayonda yaşayan İ.A.-nın tarixi əsər olduğu iddia edilən 3 heykəlin olduğu və onları satmağa hazırlaşdığı barədə məlumat aldıqdan sonra araşdırma başladıb.

Jandarma şübhəli İ.A-nın avtomobilini qəsəbə mərkəzində saxlayıb və avtomobilə baxış zamanı Roma dövrünə aid olduğu ehtimal edilən "Apollon Holding a Lira" heykəlini və daha 2 ədəd müxtəlif ölçülü heykəl ələ keçirib.

Nəzarətə alınan İ.A haqqında məhkəmə istintaqı başlayıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью