“Roma” Endrik üçün yenidən hərəkətə keçdi Mourinyo transferə qarşıdır

01.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Roma” Madrid “Real”ının hücumçusu Endriki qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindən əl çəkməyib.

İdman.Biz “Calciomercato”ya istinadən xəbər verir ki, braziliyalı futbolçu Roma təmsilçisinin hücum xəttini gücləndirmək üçün əsas namizədlərindən biri olaraq qalır.

İtaliya klubunun baş məşqçisi Can Pyero Qasperini Endrikin transferində maraqlıdır. “Roma”nın futbolçu ilə bağlı yenidən müraciət etdiyi bildirilir.

Lakin transferin reallaşması asan görünmür. Endriklə “Milan” və “Aston Villa” da maraqlanır. Bundan başqa, “Real Madrid”in baş məşqçisi Joze Mourinyo hücumçunun komandadan ayrılmasını istəmir.

“Roma” mümkün uğursuzluğu nəzərə alaraq alternativ variant üzərində də işləyir. Klub Belçikanın “Brügge” komandasında çıxış edən Karlos Forbsu izləyir.

İtaliya təmsilçisi yanvar transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün hər iki futbolçunun vəziyyətini diqqətdə saxlayır.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью