Roma Endriki heyətinə qatmaq istəyir

05.08.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliyanın "Roma" klubu İspaniya "Real"ının və Braziliya yığmasının hücumçusu Endriki heyətinə qatmaq istəyir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı braziliyalı futbolçunun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Hücumçunun "Transfermarkt" portalında dəyəri 40 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, Endrik ötən mövsümün ikinci yarısını icarə əsasında Fransanın "Lion" klubunda keçirib. O, bu komandanın heyətində 21 matçda 8 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı hücumçu DÇ-2026-da 4 qarşılaşmada iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью