Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliyanın “Roma” klubu müdafiəçisi Mario Ermoso ilə əməkdaşlığı davam etdirmək istəyir.
İdman.Biz xəbər verir ki, tərəflər müqavilənin bir və ya iki il uzadılmasını müzakirə edirlər. Yeni sözləşmədə müddətin daha bir mövsüm artırılması imkanı da nəzərdə tutulur.
Məlumata görə, yeni müqavilə ilə futbolçunun maaşı azalacaq. Bununla belə, bu şərtin danışıqlarda ciddi maneə yaratmayacağı bildirilir.
Qeyd edək ki, “Real Madrid”in yetirməsi olan Ermoso karyerası ərzində “Espanyol”, “Atletiko” və “Bayer” kimi klublarda çıxış edib. Futbolçunun hazırkı bazar dəyəri yeddi milyon avro, təxminən 13,29 milyon manatdır.