“Roma” evdə büdrədi, “Napoli” zirvəyə şərik oldu VİDEO

01.12.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İtaliya A Seriyasının XIII turunda lider kimi oyuna çıxan “Roma” evdə yaxın izləyicisi “Napoli”yə 0:1 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, “Roma Olimpiko”da keçirilən görüşdə qarşılaşmanın taleyini bir qol həll edib. Neapol təmsilçisi 36-cı dəqiqədə David Neresin vurduğu qolla üç xalı öz adına yazdırıb.

Bu nəticədən sonra “Roma” 27 xalla 4-cü yerə enib. “Napoli” isə xalını 28-ə yüksəldərək turnir cədvəlinin zirvəsində “Milan”a şərik olub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью