Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
İtaliyanın "Roma" klubu qış transfer pəncərəsinin bağlanmasına sayılı saatlar qalmış heyətini ispan ulduz Brayan Saraqosa ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, "canavarlar" 24 yaşlı vingeri Almaniyanın "Bavariya" klubundan mövsümün sonuna qədər icarəyə götürüblər.
Paytaxt təmsilçisi bu transfer üçün Münhen klubuna 2 milyon avro icarə haqqı ödəyib, müqaviləyə isə 13 milyon avroluq satınalma opsiyası daxil edilib. Maraqlıdır ki, Saraqosa mövsümün ilk yarısını "Selta Viqo"da keçirsə də, "Bavariya" həmin razılaşmanı ləğv edərək onu İtaliyaya göndərməyə qərar verib.
Futbolçu yeni komandasında 97 nömrəli formanı geyinəcək. Cari mövsümdə iştirak etdiyi 26 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Saraqosa, "Roma"nın hücum xəttinə sürət və dinamika qazandırmaq üçün əsas namizəd hesab olunur.