Roma italiyalı baş məşqçi ilə danışıqlar aparır

11.11.2024

Icma.az xəbər verir, Operativmedia saytına əsaslanaraq.

İtaliya A Seriyasında pis mövsüm keçirən “Roma” Daniele De Rossidən sonra vəzifəyə gələn İvan Yuriçlə də müqaviləni ləğv edib.

"Operativ Media" xəbər verir ki, İtaliya mətbuatında "Roma" rəhbərliyinin Roberto Mançini ilə danışıqlara başladığı iddia edilib.

Mançini "Roma" üçün namizədlər arasında birinci olsa da, italyan məşqçi uzunmüddətli müqavilə tələb edir.

İtalyan məşqçinin “Roma” rəhbərliyi ilə görüşündə ən azı 2+1 illik müqavilə istədiyi bildirilib.

Roberto Mançini 2 həftə əvvəl Səudiyyə Ərəbistanı milli komandasındakı işini tərk edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью