Roma Kerem Aktürkoğlunu transfer siyahısına saldı

26.07.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliyanın "Roma" klubu Türkiyə milli komandasının və "Fənərbağça"nın yarımmüdafiəçisi Kerem Aktürkoğlunu heyətinə qatmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi baş məşqçi Can Pyero Qasperininin xüsusi xahişi və istəyi doğrultusunda gənc hücumçunu transfer gündəminə daxil edib.

İtaliya təmsilçisi rəhbərliyinin yaxın günlərdə futbolçu üçün rəsmi təkliflə çıxış edəcəyi gözlənilir.

Bu keçid baş tutarsa, Kerem karyerasında növbəti böyük addımı İtaliya A Seriyasında ata bilər.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью