Roma kilsəsində Meloniyə bənzəyən mələk tapıldı (FOTO)

01.02.2026

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyada, Romanın mərkəzində yerləşən bir kilsədə təsvir olunmuş mələyin simasının baş nazir Corcia Meloniyə bənzədiyi bildirilib.

Qaynarinfo xəbər verir ki, "Reuters”in yazdığına görə, Mədəniyyət Nazirliyi məsələ ilə bağlı araşdırmaya başlamaq qərarına gəlib, Meloninin özü isə buna ironik reaksiya verib.


Yerli jurnalistlərin məlumatına əsasən, Romadakı Müqəddəs Lavrenti Lusina bazilikasının kapellasında yerləşən iki mələkdən birinin üzü restavrasiyadan sonra Corcia Melonini xatırlatmağa başlayıb. Halbuki daha əvvəl həmin mələk fərqli görünür və adi bir keruvimə bənzəyirdi.

Mədəniyyət Nazirliyi bəyan edib ki, bundan sonra hansı addımların atılacağını müəyyənləşdirməzdən əvvəl bərpa olunmuş rəsmin yoxlanılması üçün Romanın bədii irs üzrə baş səlahiyyətlisinə tapşırıq verilib. Müxalif siyasətçilər isə narazılıq edərək bildiriblər ki, incəsənət və mədəniyyətin təbliğat alətinə çevrilməsinə yol vermək olmaz.


Kapellanın keşişi Daniele Mikelleti "ANSA” informasiya agentliyinə açıqlamasında bildirib ki, bəzək elementləri yaxın vaxtlarda su zədələnməsindən sonra bərpa edilib. O qeyd edib ki, orijinal rəsmlər 2000-ci ilə aiddir və buna görə də hər hansı irs qoruması altında deyil.

Restavrasiyanı rəsmin ilkin müəllifi olan rəssam Bruno Valentetti həyata keçirib. O, təsviri dəyişdirdiyi ilə bağlı iddiaları təkzib edərək jurnalistlərə deyib: "Mən orada əvvəldən olanı bərpa etmişəm… 25 il əvvəlki vəziyyəti”.

Corcia Meloni də məsələyə münasibət bildirib. O, mübahisəli rəsmin fotosunu "Instagram” hesabında paylaşaraq "Yox, mən qətiyyən mələyə oxşamıram” sözlərini yazıb və gülüş ifadəli emoji əlavə edib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью