“Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı

30.09.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

İtaliyanın “Roma” klubu Paulo Dibala və Nahuel Molinanın Argentina millisinin Lionel Messi üçün təşkil edəcəyi vida matçında iştirakına icazə verməyib.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi açıqlama yayıb.

Argentina millisi oktyabrın 6-da Beninlə yoldaşlıq görüşü keçirəcək və qarşılaşma Messinin milli komandadakı son matçı olacaq. 

“Roma” qərarın idman və logistika səbəbləri ilə bağlı olduğunu bildirib. Klub qitələrarası səfərin uzunluğunu və qarşıdakı rəsmi oyunların yaxınlığını nəzərə alaraq Dibala və Molinanın Argentinaya getməsini məqsədəuyğun hesab etməyib. 

Roma təmsilçisi hər iki futbolçunun Messi ilə yaxın münasibətdə olduğunu və onunla birlikdə 2022-ci ildə dünya çempionu olduqlarını da vurğulayıb.

“Klub Lionel Messiyə və onun möhtəşəm karyerasına böyük hörmətlə yanaşır, ona və Argentina Futbol Assosiasiyasına xüsusi bir gecə arzulayır”, – deyə açıqlamada qeyd olunub. 

Qeyd edək ki, Dibala və Molina sözügedən görüş üçün Argentina millisinin rəsmi heyətinə çağırılmayıblar, lakin Messinin vida tədbirinə dəvət olunublar.

“Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var” İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır Belçika – Türkiyə matçının hakimi müəyyənləşdi “Barselona” və “Fənərbaxça” öncəsi – Dursun Özbekdən futbolçulara müjdə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью