Roma Moranın keçidini rəsmiləşdirdi

19.08.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın “Roma” klubu yeni transferini rəsmiləşdirib.

Fanat.Az xəbər verir ki, "canavarlar" "Portu"nun hücumameyilli yarımmüdafiəçisi Rodriqo Moranı transfer edib.

İnformasiyanı klubun mətbuat xidməti yayıb.

19 yaşlı portuqaliyalı futbolçu yeni komandasında 86 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Mora “Portu”nun əsas komandasında 44 matça çıxaraq, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью