Roma müdafiəçisini Almaniya klubuna satır

26.01.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliya təmsilçisi "Roma"nın mərkəz müdafiəçisi Mario Ermoso karyerasını Almaniyada davam etdirmək üzrədir.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən yayıb.

Xəbərə görə, Ermosonun xidmətində son ölkə çempionu "Bayer Leverkuzen" maraqlıdır. Mənbə 29 yaşlı oyunçunun Bundesliqa klubuna keçmək variantına isti yanaşdığını bildirib. Tərəflərin gələn həftə ispan futbolçunun transferi ilə bağlı danışıqları yekunlaşdıracağı gözlənilir.

Qeyd edək ki, Ermoso ötən il "Atletiko Madrid"i "Roma"ya dəyişib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью