Roma nın baş məşqçisi üçün uğurlu ay

01.03.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

A Seriyasının rəsmi saytı fevral ayının ən yaxşı məşqçisinin adını açıqlayıb. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən ayın ən yaxşı məşqçisi "Roma"nın çalışdırıcısı Klaudio Ranyeri seçilib.

Təcrübəli mütəxəssisin rəhbərlik etdiyi paytaxt komandası fevralda 3 qələbə və 1 heç-heçə edib. Onun yetirmələri İtaliya çempionatının 26 turundan sonra 40 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

"Roma" A Seriyasında növbəti oyununu "Komo"ya qarşı keçirəcək. Qarşılaşma sabah İtaliyanın paytaxtında baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью